Əlcəzair millisinin kapitanı Riyad Mahrez yığmadakı karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, 35 yaşlı vinger bu qərarı DÇ-2026-da mübarizəni dayandırdıqdan sonra verib.
Bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Mahrez 2014-cü ildən Əlcəzair millisinin formasını geyinirdi. “Əl-Əhli”nin futbolçusu yığmada keçirdiyi 119 matçda 40 qol vurub və 45 məhsuldar ötürmə edib.
Təcrübəli futbolçu Əlcəzair millisi ilə 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi olub.
Qeyd edək ki, Əlcəzair yığması DÇ-2026-nın 1/16 finalında İsveçrəyə 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi