Mamardaşvili “Liverpul”la müqavilə imzalayacaq
26.08.2024 - 17:56
La Liqa təmsilçilərindən “Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili “Liverpul”un futbolçusu olacaq.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Bu gün gürcü qolkiper tibbi müayinədən keçəcək. Bundan sonra gələcək satış faizi ilə 35 milyon avroluq müqavilə imzalanacaq. Lakin futbolçu “Liverpul”a 2025-ci ilin iyulunda keçəcək.
Mamardaşvili bu mövsüm “Valensiya”da qalacaq.
Almaniyada keçirilən Avropa çempionatından sonra 23 yaşlı futbolçu “transfermarkt” portalının versiyasına görə ən bahalı qapıçı olub. Onun dəyəri 45 milyon avrodur.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0