“Mançester Siti” futbolçusunu icarəyə verir
02.12.2023 - 15:56
“Mançester Siti” futbolçusunu icarəyə verir

“Mançester Siti”nin futbolçusu Kelvin Filips klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçinin xidmətində “Nyukasl” maraqlıdır.

“Sağsağanlar” onun keçidini qışda həll etməyi planlaşdırır. Buna Sandro Tonalinin mövsümün sonunadək diskvalifikasiya edilməsi səbəb olub.

“Nyukasl” Filipsi icarəyə götürmək fikrindədir. Mançesterlilər bu təklifi qəbul etməyə razıdır. Lakin olar oyunçunun sonradan satılması şərtini də irəli sürüb.
 

0