"Mançester Siti" və "Bavariya" türkiyəli futbolçu üçün yarışacaq
08.11.2024 - 16:52
"Mançester Siti" və "Bavariya" türkiyəli futbolçu üçün yarışacaq

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Siti" türk futbolçunu transfer etmək istəyir.

"Şəhərlilər" qışda Hakan üçün İtaliya klubuna müraciət edəcək. 30 yaşlı orta xətt oyunçusu ilə "Bavariya" da yaxından maraqlanır.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Türkiyə millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.

0