"Mançester Siti" və "Liverpul" belçikalı futbolçu üçün mübarizə aparacaq
19.03.2024 - 10:54
PSV-nin yarımmüdafiəçisi Yohan Bakayoko bir neçə Avropa klubunun hədəfinə çevrilib.
Apasport.az xəbər verir ki, 20 yaşlı belçikalı futbolçu ilə “Mançester Siti”, “Liverpul”, “Çelsi”, PSJ və Dortmund “Borussiya”sı maraqlanır.
Potensial transfer məbləği 50-60 milyon avro ola bilər.
Qeyd edək ki, Bakayokonun PSV ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Bu mövsüm yarımmüdafiəçi 40 matçda iştirak edib, 8 qol vurub və 13 məhsuldar ötürmə edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0