"Mançester Siti"nin yarımmüdafiəçisi Mateus Nunes mobil telefon oğurladığı üçün Madriddə həbs edilib.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı portuqaliyalı ilə bağlı insident sentyabrın 8-də İspaniyanın paytaxtında gecə klublarının birində baş verib.
Nunes onun fotosunu çəkən şəxsin cib telefonunu oğurlayıb. Ardınca yarımmüdafiəçi polis bölməsinə aparılıb və ifadəsi alınıb. Futbolçuya qarşı ittiham irəli sürüldükdən bir neçə saat sonra məhkəməni gözləmək üçün sərbəst buraxılıb.
Qeyd edək ki, Mateus 2023-cü ildə 62 milyon avroya "Vulverhempton"dan "Mançester Siti"yə keçib. O, "şəhərlilər"in heyətində 35 oyun keçirib.
- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı