"Mançester Siti"nin HƏDƏFİ
10.04.2024 - 21:38
"Mançester Siti"nin HƏDƏFİ

"Mançester Siti" "Vulverhempton"un vingeri Pedro Neto ilə yaxından maraqlanır.

Apasport.az xəbər verir ki, son İngiltərə çempionu futbolçunun transferinə ciddi iddialıdır. Bununla belə, onlar oyunçu üçün bir neçə Səudiyyə Ərəbistanı klubları ilə mübarizə aparmalı olacaq.

Qeyd edək ki, hazırda "şəhərlilər" elitada 31 turdan sonra 70 xalla 3-cü pillədə qərarlaşıb.

0