"Mançester Yunayted" 60 milyon avroluq oyunçu üçün təklif hazırlayır
03.06.2025 - 08:54
"Mançester Yunayted" "Brentford"un vingeri Bryan Mbeumonu transfer edə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, “Yunayted” kamerunlu üçün yaxın vaxtlarda "Brentford"a rəsmi təklif göndərəcək.
25 yaşlı futbolçunun özü də "qırmızı şeytanlar"a keçmək istəyir.
"Arılar" futbolçunun dəyərini 60 milyon avro olaraq qiymətləndirirlər.
Qeyd edək ki, Brayan ötən mövsüm 20 qol vuraraq Premyer Liqanın bombardiri siyahısında dördüncü yeri tutub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0