"Mançester Yunayted" "Atletiko Madrid"in müdafiəçisi ilə maraqlanır
10.05.2024 - 12:22
"Mançester Yunayted" "Atletiko Madrid"in müdafiəçisi ilə maraqlanır

“Mançester Yunayted” “Atletiko Madrid”in müdafiəçisi ilə maraqlanır.

Apasport.az "The Sun"a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" həm mərkəzdə, həm də müdafiənin sol cinahında oynamağı bacaran 30 yaşlı müdafiəçi Reynilda Mandavanı komandaya dəvət etmək niyyətindədir.

Mozambikli futbolçunun “Atletiko” ilə müqaviləsi 2025-ci ildə başa çatır.

"Transfermarkt" Reynildanın dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, “Mançester Yunayted” futbolçu üçün “Aston Villa” ilə rəqabət apara bilər. 

0