“Mançester Yunayted” Avropa Liqasının 1/4 final mərhələsinin “Lion”la cavab oyununda (5:4) inanılmaz geri dönüş edib.
Apasport.az xəbər verir ki, "Old Trafford"da keçirilən cavab matçının 90 dəqiqəsindən sonra hesab 2:2 olub.
Qonaqlar əlavə vaxtda ardıcıl qollarla hesabı açsa da, "qırmızı şeytanlar" 114-cü dəqiqədə hesabı 4:3 edib. Cəmi 6 dəqiqə sonra hesabı Kobbie Maino bərabərləşdirib. 121-ci dəqiqədə isə Herri Maguire qələbə qolunu vurub.
Beləliklə, "Mançester Yunayted" avrokuboklar tarixində 120-ci dəqiqədən sonra 2 qol vuran tək klub olub.
Həmçinin “Yunayted” tarixində ikinci dəfə 5:4 hesabı ilə qalib gəlib. İlk belə hal 1958-ci ilin fevralında Londonun “Arsenal” komandasının məğlub edildiyi vaxta təsadüf edir.
Qeyd edək ki, yarımfinalda Ruben Amorimin komandası "Atletik Bilbao" ilə qarşılaşacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”