
"Mançester Yunayted" transfer çalışmalarını davam etdirir.
Apasport.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Vulverhempton"un müdafiəçisi Rayan Ait-Nurini transfer etməyi planlaşdırır.
Hazırda tərəflər arasında danışıqlar gedir.
Əlcəzair millisinin üzvünün özü də "Mançester Yunayted" forması geyinməkdə maraqlıdır.
Mançester klubunun baş məşqçisi Ruben Amorim qışda müdafiə xəttini məhz əlcəzairli ilə gücləndirilməsinin vacibliyini rəhbərliyə bildirib.
23 yaşlı müdafiəçinin klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, bu mövsüm 22 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO