"Mançester Yunayted" İtaliyada özünə yeni müdafiəçi tapıb
29.03.2024 - 17:34
"Mançester Yunayted" İtaliyada özünə yeni müdafiəçi tapıb

"Atletiko Madrid" və "Mançester Yunayted" 25 yaşlı kolumbiyalı müdafiəçi Con Lukumi uğrunda mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, bu barədə "Tribal Football" məlumat yayıb.

Hazırda futbolçu "Bolonya"nın heyətində İtaliya çempionatında çıxış edir. Klub rəhbərliyi 20 milyon avro qarşılığında futbolçu ilə ayrılmağa hazırdır.

Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin iyunun sonunda başa çatır. İtaliya çempionatının bu mövsümündə Lukumi 20 oyun keçirib və bu matçlarda effektli olmayıb. 

0