“Mançester Yunayted” müdafiəçisini icarəyə verdi
02.08.2022 - 00:47
“Mançester Yunayted”in futbolçusu İtan Lerd karyerasını “Uotford”da davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi Çempionşip təmsilçisinə icarəyə veriləcək.
21 yaşlı futbolçunun keçidi razılaşdırılıb. O, bir mövsüm ərzində yeni klubunun formasını geyinəcək.
Qeyd edək ki, “Mançester Yunayted”in əsas komandasında cəmi 4 matç keçirən Lerd son iki ildə “Bornmut”, “Suonsi” və “MK Dons”da icarədə olub.
- “Fənərbaxça”nın hücumçusu Premyer Liqaya keçdi – 24,5 milyon avroya
- “Roma” “Porto”nun 19 yaşlı futbolçusunu transfer etdi - RƏSMI
- “Çelsi” Joao Pedro ilə yeni müqavilə bağlayır – Maaşı artırıldı
- “Mançester Yunayted” Balebaya yaxınlaşdı – 65 milyon funtluq təklif
- “Napoli” İtaliya millisinin müdafiəçisini transfer etdi
0
0