“Mançester Yunayted” yeni baş məşqçi axtarır
27.09.2024 - 12:58
“Mançester Yunayted” yeni baş məşqçi axtarır

“Mançester Yunayted”in rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqı əvəzləməyi ciddi şəkildə düşünür.

Apasport.az “Teamtalk”-a istinadən xəbər verir ki, ingilislər yeni baş məşqçi axtarışlarına başlayıb.

Ten Haqın işdən çıxarılması zaman məsələsidir. “Qırmızı şeytanlar” yeni məşqçi ilə bağlı qərar vermək istəyir, ondan sonra niderlandlı çalışdırıcının taleyinə aydınlıq gələcək.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının yeni mövsümünə uğursuz başlayıb. Komanda 5 turdan sonra 7 xalla turnir cədvəlində 11-ci yerdədir.

0