“Mançester Yunayted”ə keçir
05.12.2022 - 22:51
“Mançester Yunayted”ə keçir

İsveçrə millisinin futbolçusu Yan Zommer karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Mönhenqladbax “Borussiya”sında forma geyinən qolkiper “Mançester Yunayted”də keçəcək.

O, yeni klubuna yanvarda qoşulacaq. Zommer Premyer Liqa təmsilçisinə keçidə razılıq verib.

“Borussiya” yayda müqaviləsi başa çatan oyunçunu pulsuz itirməmək üçün mançesterlilərə satacaq. O, 2011-ci ildən İngiltərə klubunda çıxış edən David de Xeanı əvəzləyəcək.

Qeyd edək ki, Zommer 2014-cü ildən “Borussiya”nın şərəfini qoruyur.

0