"Mançester Yunayted"ə qvineyalı hücumçu
01.12.2023 - 15:16
"Mançester Yunayted"ə qvineyalı hücumçu

"Mançester Yunayted" hücum xəttini gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, Mançester klubu "Ştutqart"ın hücumçusu Sexru Quirassiyə elçi düşüb.

“Qırmızı şeytanlar” 27 yaşlı qvineyalı futbolçunun oyununu diqqətlə izləyir. “Mankunyanlar” forvardı mövsümün sonunda transfer etməyin yollarını araşdırır. Afrikalı futbolçunun transferi dəyərinin 17,5 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, bu mövsüm Bundesliqada 10 matça çıxan Quirassi 15 qol və 1 assistlə yadda qalıb.

0