Marselo onlara “yox” dedi
27.06.2022 - 21:16
Marselo onlara “yox” dedi

“Real”ın sabiq futbolçusu Marselo MLS-dən aldığı təklifi rədd edib.

Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi “Los-Anceles”ə keçməyə razı olmayıb.

Marselo bu kluba keçsəydi, sabiq komanda yoldaşı Qaret Beyllə çiyin-çiyinə oynamaq imkanı qazanacaqdı. Amma cənubi amerikalı Avropa karyerasını davam etdirməyə üstünlük verib.

Qeyd edək ki, Marselo İspaniya və İtaliya klublarından da təkliflər alıb.

0