Marsial "Mançester Yunayted"dən ayrıla bilər
25.04.2024 - 13:43
Marsial "Mançester Yunayted"dən ayrıla bilər

Hüquqları “Mançester Yunayted”ə məxsus olan hücumçu Antoni Marsial bu mövsümün sonunda komandasını tərk edə bilər.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının nümayəndələri fransız forvardla maraqlanır.“Qırmızı şeytanlar” isə 15 milyon avro ödəyəcəkləri təqdirdə Marsialı satmağa hazırdır. 

Qeyd edək ki, Antoni bu mövsüm İngiltərə Premyer Liqasının 13 oyununda iştirak edib, 1 qol vurub.

0