Türkiyə Super Liqasının 31-ci həftəsində "Kasımpaşa" səfərdə "Kayserispor"la üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, ev sahibi komanda 10 nəfərlə 3 xalı qazanmağı bacarıb - 1:0.
"Kasımpaşa" heyəti məğlubiyyətlə ayrıldıqları Kayseridə xoşagəlməz hadisə yaşayıb.
Futbolçular və texniki heyət komandanın avtobusuna minərkən azarkeşlərdən biri “Fənərbaxça” matçı ilə bağlı “Kasımpaşa”nın baş məşqçisi Burak Yılmazı özündən çıxaran ifadələr səsləndirib.
Bundan sonra Yılmaz özünü saxlaya bilməyib və azarkeşə doğru irəliləyərək onun üzərinə qışqırıb.
Tərəflər ətrafdakıların köməyi və polis müdaxiləsi ilə sakitləşdirilib.
Həmin görüntüləri təqdim edirik:
- “Mançester Yunayted”dən yeni rekord
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb