Matteo Guendouzi "Fənərbaxça"da: 30 milyon avroluq transfer
07.01.2026 - 12:54
Türkiyənin "Fənərbaxça" klubu heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Latsio" klubu ilə Matteo Guendouzinin transferi ilə bağlı razılıq əldə edib. Razılaşmaya əsasən, bonuslar da daxil olmaqla transferin ümumi məbləği 30 milyon avro təşkil edir.
Məlumata görə, “Fənərbaxça” fransalı yarımmüdafiəçi ilə 4,5+1 illik müqavilə imzalayıb. Futbolçunun yaxın günlərdə rəsmi şəkildə ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Matteo karyerası ərzində “Arsenal” və “Marsel” kimi klublarda da çıxış edib.
0
0