Mbappe ən yaxşısı seçilib
03.10.2025 - 23:07

İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada “Real Madrid”in ulduzu Kilian Mbappe layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
“Kral klubu”nun hücumçusu ötən ay iştirak etdiyi 4 rəsmi matçda 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Mbappe karyerasında ilk dəfə La Liqada ayın ən yaxşı futbolçusu mükafatını qazanıb.
0
0