"Real Madrid" yeni transferi Kilian Mbappe üçün imza mərasimi keçirib.
Apasport.az xəbər verir ki, azarkeşlər "Santyaqo Bernabeu"da keçirilən tədbirdə iştirak ediblər.
Mərasimdə 80 minə yaxın insan iştirak edib. Beləliklə, Mbappe Kriştiano Ronaldonun rekordunu təkrarlamış olub.
Təqdimat mərasimində iştirak edən azarkeşlərin sayına görə, birinci yeri 80 min nəfərlə Kilian Mbappe və Kriştiano Ronaldo bölüşür.
İlk üçlüyü Dieqo Maradona tamamlayır - onun "Napoli"dəki təqdimatına təxminən 65 min insan gəlib. İlk beşliyi 60 min izləyici ilə Kərim Benzema və Neymar tamamlayır. Söhbət fransız və braziliyalının Səudiyyə Ərəbistanında təqdimatlarından gedir.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"