Memfis Depaya 5 milyon
13.08.2022 - 22:22
Memfis Depaya 5 milyon

Memfis Depayın “Yuventus”dakı maaşı bəlli olub.

Apasport.az saytının məlumatına görə, hücumçu ildə 5 milyon avro qazanacaq.

O, İtaliya klubu ilə 2 illik müqavilə imzalayacaq. 28 yaşlı futbolçu bonuslar hesabına daha çox da qazanmaq imkanına malikdir.

Futbolçu və klub arasında razılıq əldə olunsa da, keçidin rəsmiləşməsi üçün Depay “Barselona”dan ayrılmalıdır. “Yuventus” onun azad agent statusu almasını istəyir.

Qeyd edək ki, Memfis ötən mövsümün 37 matçında 13 qol vurub.
 

0