“Konyaspor” seneqallı futbolçu Alassane Ndao ilə müqaviləyə xitam verildiyini Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi olaraq təqdim edib.
Apasport.az xəbər verir ki, klub mərc oyunları oynamaqda ittiham edilən futbolçunu komandada saxlamaq istəməyib.
Xatırladaq ki, Ndao İstanbul Baş Prokurorluğunun apardığı mərc araşdırması çərçivəsində həbs edilən şəxslər arasında idi.
O, mərc oyunları oynadığı üçün Peşəkar Futbol İntizam Şurası (PFDK) tərəfindən 13 noyabr 2025-ci il tarixində 12 ay müddətinə futboldan kənarlaşdırılıb.
Həmçinin aparılan istintaq zamanı futbolçunun əməllərində cinayət tərkibi aşkarlanıb və barəsində həbs qərarı çıxarılıb.
Klubdan bildirilib ki, Arbitraj Şurasının qərarından dərhal sonra oyunçudan müdafiə tələb olunub və Peşəkar Futbol İntizam Nizamnaməsi ilə müqavilənin müvafiq maddələrinə uyğun şəkildə Ndao ilə sözləşmənin birtərəfli ləğvi üçün hüquqi prosedurlar dərhal işə salınıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA