Merih Demiral daha 4 il Ərəbistanda - Rəsmi
03.12.2025 - 21:16
Merih Demiral daha 4 il Ərəbistanda - Rəsmi

"Əl-Əhli" Türkiyə millisinin üzvü Merih Demiralın müqaviləsinin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

Mərkəz müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, "Əl-Əhli" Merih Demiralı 2023-cü ilin yayında "Atalanta"dan 17 milyon avroya transfer edib. 27 yaşlı futbolçu bu mövsüm Ciddə təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub.