Məşhur qolkiper vəfat edib
02.12.2024 - 22:29
Ruminiyanın əfsanəvi qapıçısı Helmut Dudakam 65 yaşında vəfat edib.
Apasport.az xəbər verir ki, qolkiper ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Futbolçu kimi Dudakamın ən böyük uğuru 1986-cı ildə “Styaua Buxarest” klubu ilə Çempionlar Liqasını qazanmaq olub.
Qeyd edək ki, Helmut son olaraq İsveçrənin “Bazel” klubunun Fəxri Prezidenti vəzifəsində çalışıb.
0
0