Messi "Barselona"nı təbrik edib - FOTO
16.05.2025 - 10:38
"İnter Mayami"nin futbolçusu Lionel Messi "Barselona"nı La Liqada çempion olması münasibətilə təbrik edib.
Apasport.az xəbər verir ki, argentinalı ulduz bu barədə "instagram" hesabında paylaşım edib.
Sabiq komandasının postunu paylaşan Messi fotonun üzərinə "təbrik edirəm!" sözlərini yazıb.
Xatırladaq ki, ötən gün Kataloniya nəhəngi "Espanyol"a qalib gələrək (2:0) çempionluğu təmin edib.
Qeyd edək ki, Lionel Messi 13 yaşında "Barselona"nın sıralarına qoşulub.Ulduz forvard 2021-ci ildə doğma klubunu tərk edərək PSJ-yə keçib. Argentinalı 2023-cü ildən "İnter Mayami"də çıxış edir.
_1747377544.png)
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0