Messi "Barselona"ya qayıda bilər
27.12.2025 - 13:13
Messi "Barselona"ya qayıda bilər

Lionel Messi “Barselona”ya qayıda bilər. 

Apasport.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Kataloniyalıların rəhbərliyi gələcək planlarında argentinalı futbolçunun klub sistemində rəhbər vəzifələrdən birinə dəvət olunması variantını nəzərdən keçirir.

Messi “Barselona” akademiyasının yetirməsidir. O, əsas komandada 2005–2021-ci illərdə çıxış edib. 38 yaşlı hücumçu hazırda “İnter Mayami”nin formasını geyinir. Onun ABŞ klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.