Argentina millisinin və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi bu mövsüm MLS-in ən məhsuldar oyunçusu adına layiq görülüb.
Apasport.az xəbər verir ki, 38 yaşlı hücumçu mövsüm ərzində keçirdiyi oyunlarda ümumilikdə 29 qol vuraraq “Qızıl buts” mükafatının sahibi olub.
Argentina millisinin üzvünə mükafat “Naşvil”lə 1/8 final mərhələsinin pley-off oyunu öncəsində (2:1) təqdim edilib.
Qeyd edək ki, Messi 2023-cü ilin yayından “İnter Mayami”nin heyətində çıxış edir. Bu müddət ərzində o, komandasının heyətində 82 oyuna çıxıb, 71 qol vurub və 37 məhsuldar ötürmə ilə yadda qalıb.