
"Qalatasaray"ın rəsmiləri yaxın günlərdə Bakıya səfər ediblər.
Apasport.az xəbər verir ki, komandanın 1 meneceri və 2 mütəxəssisi "SOCAR"la sponsorluq anlaşması üçün Bakıya gəliblər.
"SOCAR"la görüşən klub rəsmiləri prinsipcə razılaşma əldə ediblər.
Bundan başqa, "Qalatasaray"ın meneceri həmin dövrdə Bakıya səfər edən Lionel Messi ilə də görüşüb. İddialara görə, klub rəsmisi azərbaycanlı iş adamı Adnan Əhmədzadənin Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba üçün təşkil etdiyi nahar yeməyində iştirak edib.
Əhmədzadə "Qalatasaray" təmsilçisini Lionel Messi ilə tanış edib. Bundan sonra, menecer bir müddət Messi ilə danışıq aparıb.
"Qalatasaray"ın meneceri Əhmədzadəyə təşəkkür edib: "Bakı sizin sayənizdə Messini gördü. Ümid edirik, "Qalatasaray"da da Messini görəcəyik".
Qeyd edək ki, Messi və komanda yoldaşları dekabrın 11-də argentinalının film təqdimatında iştirak etmək üçün Bakıya səfər etmişdilər.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO