Messi yenidən ən yaxşı seçilə bilər
27.02.2024 - 09:14
Messi yenidən ən yaxşı seçilə bilər

“Laureus World Sports Awards” mükafatına namizədlərin siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, siyahıda peşəkar futbolçular arasında “İnter Mayami”nin hücumçusu Lionel Messi və “Mançester Siti”nin futbolçusu Erlinq Haaland da yer alıb.

Bundan başqa, mükafata namizədlər arasında tennisçi Novak Cokoviç, “Red Bull” komandasının sürücüsü Maks Ferstappen, yüngül atletlər Armand Duplantis və Noa Laylz da var.

Qalibin adı aprelin 22-də Madriddə keçiriləcək mərasimdə açıqlanacaq.

Qeyd edək ki, 2 dəfə bu mükafata sahib olan Messi sonuncu dəfə ötən il ən yaxşı seçilib.

0