Messi yenidən Ronaldoya rəqib ola bilər
07.07.2025 - 13:38
"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçilərindən "Əl-Əhli" argentinalını heyətinə qatmaq üçün hərəkətə keçib.
Bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "Əl-Əhli" rəhbərliyi 38 yaşlı vingeri bir neçə həftədir ki, razı salmağa çalışır.
Əgər transfer baş tutarsa, Lionel Messi “Əl-Nəsr”in heyətində çıxış edən əzəli rəqibi Kriştianu Ronaldo ilə yenidən üz-üzə gələcək.
Qeyd edək ki, Argentina millisinin kapitanının "İnter Mayami" ilə müqaviləsi bu ilin sonunda başa çatacaq.
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
- “Tottenhem” Hekkedən "əl çəkmir" – De Zerbi keçiddə israrlıdır
0
0