Messidən unikal nailiyyət
20.06.2025 - 08:13
Lionel Messi növbəti dəfə matçın ən yaxşı oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçunun klublararası dünya çempionatının "Portu" ilə matçının 54-cü dəqiqəsində cərimə zərbəsindən vurduğu qol "İnter Mayami"yə 2:1 hesablı qələbə qazandırıb.
Final fitindən sonra argentinalı matçın ən yaxşı oyunçusu adına layiq görülüb. Messi 2003-cü ildə peşəkar futbolda debüt etdiyi vaxtdan indiyədək 395 belə mükafat qazanıb.
Qeyd edək ki, iyunun 24-də dünya çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində “İnter-Mayami” “Palmeyras”la qarşılaşacaq.
- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
- Diomande qərarını verdi - PSJ-yə keçmək istəyir
- Levandovski MLS-ə gedir - “Çikaqo Fayr”la razılaşdı
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
0
0