Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun prezidenti Ənmar Əl-Xayli “İnter Mayami”nin hücumçusu Lionel Messini nəyin bahasına olursa olsun transfer etməyə hazır olduğunu bildirib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı ulduzun transferi barədə bunları söyləyib:
“Messi “Əl-İttihad”a keçməyə hazırdırsa, ona istədiyi məbləğdə pul qazana biləcəyi bir müqavilə təklif edəcəm. İstənilən müddətə – hətta ömürlük belə. Mənim üçün pulun əhəmiyyəti yoxdur, sadəcə tarixin ən böyük futbolçusu Messini transfer etmək istəyirəm”.
Argentinalı futbolçu payızda “İnter Mayami” ilə müqaviləsinin müddətini 2028-ci ilin sonuna qədər uzadıb.
Qeyd edək ki, Messi 2023-cü ilin yayından bəri “İnter Mayami”də oynayır.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir