"Milan" 5 hücumçu ilə maraqlanır
25.04.2024 - 12:36
"Milan" 5 hücumçu ilə maraqlanır

İtaliaya A Seriyası təmsilçisi “Milan” yeni mövsümdə hücum xəttini gücləndirmək istəyir. 

Apasport.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki,"Milan"ın diqqətində 5 futbolçu var.

Klub Seru Qirassi (“Ştutqart”), Coşua Zirkzi (“Bolonya”), Benjamin Şeşko (“Leypsiq”), Santyaqo Ximenes (“Feyenord”) və Conatan Davidin (“Lill”) transferində maraqlıdır.

Qeyd edək ki, İtaliya klubunun hücumçusu Olivye Jiru yaxın vaxtlarda MLS-ə keçəcək. 

 

0