"Çelsi"nin hücumçusu Joao Feliks İtaliya çempionatında çıxış edə bilər.
Apasport.az "Gazzetta dello Sport" nəşrinə istinadla xəbər verir ki, "Milan" "Atletiko Madrid"in keçmiş futbolçusu ilə maraqlanır.
İtaliya nəhəngi 25 yaşlı futbolçunu icarə əsasında heyətinə cəlb etmək istəyir.
Həmçinin Türkiyə təmsilçilərindən “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Feliksin transferi üçün ulduz oyunçu ilə şəxsən görüşüb. İstanbul klubu da hücumçunu mövsüm sonuna kimi icarəyə götürmək istəyir.
Portuqaliyalı İngiltərə Premyer Liqasında az hallarda "mavilər"in əsas heyətinə düşür. Bu da futbolçunun komandadan ayrılmasına səbəb ola bilər.
Feliks "Çelsi"nin heyətində 19 matçda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.
"Transfermarkt"ın məlumatına görə, forvardın təxmini dəyəri 30 milyon avrodur.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi