İtaliyanın "Milan" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi "Feyenoord"da çıxış edən Santiaqo Ximenezi transfer etmək istəyir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Milan" yaxın günlərdə meksikalı forvard üçün "Feyenoord"la danışıqlara başlayacaq.
Niderland klubu 23 yaşlı hücumçu üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, "Feyenoord" Santiaqo Ximenezi 2022-ci ilin yayında ölkəsinin "Krus Asul" klubundan transfer edib. Meksika millisinin üzvü bu mövsüm Roterdam təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi