“Milan”ın baş məşqçisi postuna iddialılar arasında “Spartak”ın sabiq çalışdırıcısı Domeniko Tedesko da var.
Apasport.az xəbər verir ki, Stefano Pioli bu postu mövsümün sonunda boşaldacaq və "San Siro"ya artıq yeni sükançı lazım olacaq.
“Milan”ın baş məşqçisi vəzifəsinə üç namizəd arasında hazırda Belçika millisinə rəhbərlik edən Tedesko, Marselo Qalardo (“Əl-İttihad”) və Kristof Qaltye (“Əl-Duhail”) var. Klub həmçinin Serxio Konseysaonu (Porto), Marko Rouz ("Leypsiq") və Mark van Bommeli (Antverpen) yaxından izləyir.
Əksər milanlı azarkeşlərin komandanın sükanı arxasında görmək istədiyi Antonio Konte klub rəhbərliyi tərəfindən prioritet variantlardan biri kimi qəbul edilmir.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?