"Milan"dan qovulan idman direktoru yenidən İtaliyada çalışa bilər
11.03.2024 - 14:52
Ötən il "Milan"dan qovulan Frederik Massara yenidən İtaliyada çalışa bilər.
Apasport.az İtaliyanın "La Gazzetta Dello Sport" nəşrinə istinadla xəbər verir ki, A Seriyasının 2 klubu onunla müqavilə imzalamaq istəyir.
Mənbənin məlumatına görə, "Roma" və "Napoli" italiyalı ilə maraqlanır.
Romalılar Tiaqo Pintanın yoxluğunu Massara ilə doldurmaq niyyətindədirlər. "Napoli" isə çox uğursuz mövsüm keçirir və idman direktoru Mauro Meluso ilə ayrılmağa hazırlaşır.
Qeyd edək ki, italiyalı mütəxəssis ötən ilin yayına qədər “ Milan” klubunun idman direktoru vəzifəsində çalışıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0