“Milan”ın arzuladığı hücumçu
28.09.2022 - 22:02
“Milan”ın arzuladığı hücumçu

“Milan” hücum xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu Armando Broyyanın xidmətində maraqlıdır.

“Rossonyeri” “Çelsi”nin alban hücumçusunu qışda transfer etmək istəyir. Oyun praktikası sarıdan problem yaşayan futbolçu da İngiltərədən getməyə meyllidir.

Qeyd edək ki, Broyya cari mövsüm 6 oyunda cəmi 125 dəqiqə şans qazanıb.
 

0