"Milan"ın baş məşqçisi vəzifəsinə yeni namizəd
09.05.2024 - 09:49
"Milan"ın baş məşqçisi vəzifəsinə yeni namizəd

İngiltərə Premyer Liqa təmsilçilərindən "Çelsi"nin keçmiş çalışdırıcısı Qrem Potterin adı İtaliya klubu "Milan"la hallanır. 

Apasport.az xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, artıq tərəflər arasında ilkin təmaslar baş tutub. 

"Milan"ın hazırkı baş məşqçisi Stefano Pioli 2019-cu ilin oktyabr ayından komandanı çalışdırır, lakin klub rəhbərliyi Avropa Liqasından kənarlaşdırıldıqdan sonra, mütəxəssislə müqaviləyə xitam verilməsi barədə düşünür.

0