Türkiyə Super Liqası komandalarından "Qalatasaray" braziliyalı futbolçu Emerson Royalın transferi üçün İtaliya təmsilçisi "Milan"la danışıqlara başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
"Sarı-qırmızılar"ın 26 yaşlı cinah müdafiəçisini heyətinə qatmaq istədiyi bildirilib. İtalyanlar isə bu mövqe üçün "Mançester Siti"dən Kayl Uolkeri transfer etməyə yaxındır.
Qeyd edək ki, Emerson Royal "Milan"a 2024-cü ilin avqustunda 15 milyon avro qarşılığında "Tottenhem"dən transfer olunub. Futbolçu bu mövsüm İtaliya klubunda 25 rəsmi matçda çıxış edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı