Millimizin üzvü oynadı, komandası finala yüksəldi
24.04.2025 - 00:27
Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniya kubokunun finalında oynayacaq.
Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Eqnatiya" "Partizani"ni mübarizədən kənarlaşdırıb.
Öz meydanında 0:1 hesabı ilə uduzan Zamiqin komandası səfərdə eyni nəticə ilə revanş alıb. Cütün qalibi əlavə vaxtda müəyyənləşib və "Eqnatiya" daha bir dəfə fərqlənərək finala yüksəlib.
Start heyətində yer alan Əiyev qarşılaşmanı əvəzolunmadan keçirib.
Qeyd edək ki, "Eqnatiya" finalda "Dinamo" (Tirana) ilə qarşılaşacaq. Həlledici oyun mayın 1-də təşkil olunacaq.
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
- Türkiyədə mərc qalmaqalı böyüyür: 22 hakim və 27 futbolçu PFDK-ya göndərilib
- “Fənərbaxça” şikayət etmişdi: UEFA "Qalatasaray"ın oyununa göndərdi
- Qarnaçodan "Yunayted"liləri qıcıqlandıran açıqlama: "Doğru an və doğru klub..."
0
0