Mimoviç “Zenit”də - rəsmi
12.02.2025 - 22:33
Mimoviç “Zenit”də - rəsmi

Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” yeni transferini icarəyə göndərib. 

Apasport.az xəbər verir ki, Onyen Mimoviç "sarı-lacivərdlilər"də debüt etmədən başqa komandaya yollanıb. 

Futbolçu Rusiyanın "Zenit" klubuna icarəyə verilib. 

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı müdafiəçi mövsümün sonuna kimi "Zenit"in şərəfini qoruyacaq.

Qeyd edək ki, "Fənər" Mimoviçi "Srvena Zvezda"dan 6,7 milyon avroya transfer edib.

Qış Transfer Pəncərəsi