Misir yığması Afrika Millətlər Kubokunda rekorda imza atıb
23.12.2025 - 09:34
Misir yığması Zimbabve millisi ilə matçda qapıya 35 zərbə endirib və səkkiz qol imkanı yaradıb.
Apasport.az xəbər verir ki, hər iki rəqəm 2010-cu ildən bəri Afrika Millətlər Kubokunun matçı üçün ən yüksək göstəricidir.
Afrika Millətlər Kuboku - 2025-in qrup mərhələsinin ilk oyun günündə Misir yığması Zimbabveni 2-1 hesabı ilə məğlub edib. Hücumçu Məhəmməd Salah 90+1-ci dəqiqədə fərqlənərək Misirin qələbə qoluna imza atıb.
B qrupundakı digər iki komanda Cənubi Afrika Respublikası və Anqoladır. Qrupda 2-ci və 3-cü turların oyunları 26 və 29 dekabrda keçiriləcək.
0
0