Modriç gələcəyi ilə bağlı qərar verdi
22.04.2024 - 17:32
Modriç gələcəyi ilə bağlı qərar verdi

"Real"ın futbolçusu Luka Modriç gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xorvatiyalı yarımmüdafiəçi komandasını tərk etməyəcək. 38 yaşlı orta xətt oyunçusu sözləşməsinin müddətini daha 1 il uzadacaq.

Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ilin yayında "Tottenhem"dən transfer edib. Xorvatiya millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

0
Real Luka Modriç Xorvatiya millisi Tottenhem