Modriç "Milan"da tibbi müayinədən keçəcək
12.06.2025 - 12:59
Modriç "Milan"da tibbi müayinədən keçəcək

Luka Modriç karyerasını "Milan"da davam etdirəcək.

Apasport.az xəbər verir ki, o, klublararası dünya çempionatından sonra yeni komandasına qoşulacaq.

Xorvatiyalı tibbi baxışdan keçdikdən sonra İtaliya təmsilçisinin heyətinə qatılacaq.

Bildirilir ki, yarımmüdafiəçi hazırda bütün diqqətini mundiala yönəldib. "Milan" isə Modriçə 1+1 şərtlərlə müqavilə təklif etməyə hazırdır.

Orta xətt oyunçusunun maaşı illik 3,5 milyon avro və bonuslar olacaq.

Qeyd edək ki, Modriç altı dəfə Çempionlar Liqasının, dörd dəfə La Liqanın, iki dəfə İspaniya kubokununun, beş dəfə İspaniya Superkubokunun, UEFA Superkubokunun və beş dəfə Klublararası dünya çempionatının qalibi olub.