Morata İtaliyaya qayıda bilər
20.06.2025 - 08:33
Alvaro Morata yenidən klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, forvard icarə əsasında çıxış etdiyi "Qalatasaray"dan ayrılmaq istəyir.
Jurnalist Nikolo Şiranın sözlərinə görə, "Komo" 32 yaşlı oyunçu üçün mübarizə aparmağa hazırdır. Hücumçu ilə "Sevilya" da maraqlanır.
Alvara Moratanın "Qalatasaray"dakı icarə müddəti 2026-cı ilin yanvarına qədərdir. Müqavilədə 8 milyon avroluq satınalma bəndi var.
İspan futbolçu Türkiyə klubunun heyətində bütün turnirlərdə 16 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0