"Real"ın və "İnter"in sabiq baş məşqçisi Joze Mourinyo gələcəyi ilə bağlı danışıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin sözlərini tanınmış insayder Fabrizio Romano sosial şəbəkələrdə yazıb:
“Məqsədim milli komandada çalışmaqdır. Dünya çempionatı, Avro və ya Amerika kubokundan əvvəl komandanı idarə edə bilərdim. Amma hələ dəqiq bilmirəm. Ola bilsin ki, bu, tezliklə baş verəcək".
Xatırladaq ki, Mourinyonun son iş yeri “Roma” olub. Portuqaliyalı məşqçi 2024-cü ilin yanvarında Roma komandasını tərk edib. O, əvvəllər “Real Madrid”, “İnter”, “Mançester Yunayted”, “Çelsi” və bir neçə başqa komandada çalışıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı