Mourinyo öz ampluasında: Milçəyə çırtma vurdu - VİDEO
07.08.2025 - 12:14
Mourinyo öz ampluasında: Milçəyə çırtma vurdu - VİDEO

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Fənərbaxça" səfərdə "Feyenord"un qonağı olub (2:1).

Apasport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında məzəli anlar yaşanıb.

Belə ki, konfrans zalında uçan bir milçək Türkiyə təmsilçisinin baş məşqçisi Joze Mourinyonun qarşısındakı mikrofona qonub.

Portuqaliyalı mütəxəssis isə öz növbəsində milçəyə çırtma vuraraq mikrofondan uzaqlaşdırıb.

Həmin görüntüləri təqdim edirik: